"Komandanı Avropa meydanlarında təcrübəsi olan rəqiblə oyun gözləyir" - "Lex"in rəsmi saytı

15:57 14 İyun 2022

Çempionlar Liqası I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex" klubunun rəsmi saytında püşklə bağlı yazı dərc olunub.


Sportarena.az xəbər verir ki, polşalılar Ağdam təmsilçisinin böyük Avropa təcrübəsinin olduğunu qeyd edib:

 

“Doqquzqat Azərbaycan çempionu, yeddi dəfə ölkə kubokunun qalibi püşkatmanın üçüncü qrup səbəbində ən yüksək reytinqə malik komanda idi ki, o da bizə rəqib oldu. Heç şübhəsiz, “Lex”in qarşısında çətin vəzifə durur. Komandanı Avropa meydanlarında təcrübəsi olan rəqiblə oyun gözləyir. Onlar demək olar ki, hər il qrup mərhələsində çıxış edirlər. Ötən mövsüm komanda Konfrans Liqasının H qrupunda ikinci yeri tutmuşdu. Yalnız “Bazel” qrupda “Qarabağ”dan güclü oldu. Pley-offda isə Azərbaycan təmsilçisi “ Marsel”ə uduzaraq mübarizəni dayandırdı”. 


Xəbər xətti