U-21 millimiz seçmə mərhələnin son oyununda uduzdu

22:25 14 İyun 2022

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində bu gün sonuncu oyununu keçirib. 

Sportarena.az xəbər verir ki, yığmamız Norveçin müvafiq yaş qrupundan ibarət komandasının qonağı olub. Drammen şəhərindəki “Marienlyst” stadionunda keçirilən matç yığmamızın 1:2 hesablı məğlubiyyətilə sona çatıb. Bu qələbə sayəsində Norveç 24 xalla qrupu birinci pillədə tamamlayaraq final mərhələsinə vəsiqə qazanıb. Millimiz isə 7 xalla 5-ci pilləni tutub.

Norveç U-21 - Azərbaycan U-21 2:1

Qollar: Larsen 54, Botheym 77 - İldar Alekperov 65 


Digər xəbərlər

Xəbər xətti