Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin püşkü atılıb.
Sportarena.az xəbər verir ki, saat 14:00-da başlayan tədbirdə "Qarabağ"ın mümkün rəqibi müəyyənləşib. Ağdam təmsilçisi birinci təsnifat mərhələsində "Lex"lə (Poznan) qarşılaşacaq. Poznan səddi keçilərsə, "Qarabağ" İsveçrə çempionu olan "Sürix"lə üz-üzə gələcək.
İkini mərhələnin ilk oyunları 19-20 iyulda, cavab qarşılaşmaları isə 26-27 iyulda keçiriləcək.