Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"sunun da bu mərhələdəki potensial rəqibi bilinib.
Mübarizəyə 2-ci mərhələdən başlayacaq Xorvatiya çempionu bu raundda "Şkupi" (Şimali Makedoniya) / “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları iyulun 19-20-də və 26-27-də keçiriləcək.