"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə düşmələrini dəyərləndirib.
Sportarena.az xəbər verir ki, o, rəqibin təcrübəli komanda olduğunu deyib:
"Makkabi"nin gücünə bələdik. Amma komandamıza inanırıq. Hazırlıqlar başlayıb. Transferlərə də baxacağıq ki, rəqibin qarşısına üzüağ çıxaq və layiqli mübarizə aparaq".