Minifutbol üzrə 2024-cü ilə Avropa çempionatı Azərbaycanda keçirilə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə milli komandanın baş məşqçisi Elşad Quliyev məlumat verib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı rəsmi müraciət ediblər:
"Hələ Avropa çempionatından öncə təklifimizi irəli sürmüşük. Növbəti turniri Azərbaycana salmaq fikirləri var idi. Amma yeganə namizəd bizim ölkə deyil. 2024-cü il Avropa çempionatı Bakıda keçirilsə, yaxşı olar. Azarkeşlərimiz orada necə səviyyəli futbolçuların çıxış etdiyini görərdi. Çox möhtəşəm turnirdir".