Bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Qəbələ” hazırlığa start verib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” mövsümlərarası fasilədəki istirahəti başa vuraraq bir araya gəlib.
Ötən gün komandanın ilk məşqi olub. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında keçən hazırlıq prosesi fiziki təmrinlərlə başlayıb. Futbolçular məşqi toplu və topsuz çalışmalarla davam etdirib.
Xatırladaq ki, "Qəbələ" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubu ilə qarşılaşacaq. Bölgə təmsilçisi rəqibi ilə iyulun 21-də səfərdə, iyulun 28-də “Qəbələ”də qarşılaşacaq.