31 karateçimiz Avropa çempionatında iştirak edəcək

Sportarena.az      16 İyun 2022 , 11:14
Karate üzrə yeniyetmə və gənclərdən ibarət Azərbaycan milli komandası 17-19 iyunda Çexiyanın paytaxtı Praqada Avropa çempionatında iştirak edəcək. Azərbaycanı yarışda 31 idmançı təmsil edəcək.
 
Yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, həmçinin böyük məşqçilər Seymur Xudaverdiyev və Niyazi Əliyev kumite yarışlarının 14-15 yaşlı yeniyetmələr kateqoriyasında 8, 16-17 yaşlı gənclərdə 9, 21 yaşadək gənclərdə isə 10 idmançını müşayiət edəcək.
 
14-15 yaşlı yeniyetmələrdən Fərid Hacızadə (-52 kq), Alsan Dostuyev (-57 kq), Mirzə Həmidbəyli (-63 kq), Rəşid Süleymanov (-70 kq), Rahib Əzim (70+ kq), Fatimə Məmmədova (-47 kq), Sabina Fərzəli (-54 kq) və Sofiya Hüseynli (54 kq), 16-17 yaşlı gənclərdə Hüseyn Hüseynov (-55 kq), Nicat Kərimli (-61 kq), Məhəmməd Xamoyev (-68 kq), Riad Ağazadə (-76 kq) və Vahid Həsənov (76+ kq), Fatima Cəbrayılova (-48 kq), Aysu Əliyeva (-53 kq), Oksana Nakoneçna (-59 kq) və Nazənin İsmayılova (59+ kq), 21 yaşadək gənclər arasında isə Əminağa Quliyev (-60 kq), Hüseyn Məmmədli (-67 kq), Fərid Ağayev (-75 kq), Abbas Dadaşov (-84 kq), Namiq Quliyev (84+ kq), Xumar Əlibəyova (-50 kq), Suada Kərimova (-55 kq), Ayla Rzazadə (-61 kq), Zəhra Əliverdiyeva (-68 kq) və Fidan Musayeva (68+ kq) medallar uğrunda yarışacaq.
 
Kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazov Turan Əhmədzadə və Ramilə Heydərovanın (14-15 yaşlı yeniyetmələr), Samirə Məmmədovanın (16+17 yaşlı gənclər) və Həsənəli Həsənovun (21 yaşadək gənclər) çıxış etməsinə üstünlük verib. Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov, Şahin Xudaverdiyev, Rənad Əliyev, Mayis Mədətov, Mehman Mədətov və Akif Kərimov yarışı idarə edənlər arasında olacaq. Cahangir Babayev və Vüqar Kərimovdan başqa digər hakimlər, həmçinin Mircabbar Seyidov Avropa Hakimlər Komitəsinin (EKF) nəzəri və praktiki dərslərinə qatılmaqla yanaşı, dərəcələrini artırmaq üçün imtahan verəcək.
 
Federasiya prezidenti və EKF-in İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov bu nüfuzlu təşkilatın yarışqabağı iclasında iştirak edəcək. 
 
Avropa çempionatında 48 ölkədən ümumilikdə 1064 idmançının iştirakı planlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin