Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ" "Fehervar"la qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, Macarıstan klubunun idman direktoru İştvan Saploy yerli mətbuata açıqlamasında Azərbaycan klubu ilə rəqib olmaqları haqda danışıb:
"Bu ölkənin komandaları daha çox braziliyalı futbolçulara üstünlük verməsilə seçilir. "Qəbələ"nin heyətinə də nəzər saldıqda, keyfiyyətli legionerləri görə bilərik. İlk oyuna qədər hazır olmaq üçün erkən məşqlərə başlamışıq. Təbii ki, məqsədimiz növbəti mərhələyə yüksəlməkdi".