UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı qolu adına namizədlər açıqlanıb. Sportarena.az xəbər verir ki, onların arasında Azərbaycan millisinin futolçusu Mahir Emrelinin Belarusla oyununda vurduğu qol da yer alıb.
25 yaşlı forvard 2:0 hesabı ilə qalib gəldikləri görüşdə ilk qolun müəllifi olub. Rəqib qapısından digər topu isə əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Ramil Şeydayev keçirib.
Emreli ilə yanaşı, Macarıstan millisindən Daniel Qazdaq, Şimali Makedoniya yığmasından Enis Bardi və Niderland seçməsindən Noa Lanq da turun ən yaxşı qolunun müəllifi adına iddia edirlər.