Türkiyə Futbol Federasiyasında prezident seçkiləri keçirilib.
Sportarena.az xəbər verir ki, seçkidə yeganə namizəd Mehmet Büyükekşi olub. 52 yaşlı funksioner 209 nəfər nümayəndədən 158-nin səsini alaraq qurumun prezidenti seçilib.
Qeyd edək ki, Mehmet Büyükekşi 2019-2021-ci illərdə "Qaziantep" klubunun prezidenti olub.