"Neftçi"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Kipr "Aris"inin prezidenti Lisandros Lisandrou püşkü dəyərləndirib.
O, Azərbaycan təmsilçisi ilə bağlı deyib: “Belə komanda ilə qarşılaşmaq görünməmiş hissdir. "Neftçi" bir neçə kubok qazanan çox çətin komandadır. Mübarizə aparacağıq. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”.