DÇ-2026-ya ev sahibliyi edəcək şəhərlər açıqlandı

10:18 17 İyun 2022

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına ev sahibliyi edəcək bütün şəhərlərin adına aydınlıq gəlib. 

Sportarena.az Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk dəfə turnir üç ölkədə oynanılacaq.

Belə ki, ev sahibi olan ölkələr ABŞ, Meksika və Kanadadı. Oyunlar ABŞ-ın Kanzas-Siti, Hyuston, Atlanta, Dallas, Sietl, San-Fransisko, Los-Anceles, Boston, Filadelfiya, Mayami və Şərqi Ruterford (Nyu Cersi), Meksikanın Mexiko, Monterrey və Qvadalaxara, Kanadada isə Vankuver və Toronto şəhərlərində keçiriləcək.

Final matçının keçiriləcəyi yer isə hələ ki, açıqlanmayıb.  


Digər xəbərlər

Xəbər xətti