“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Namiq Ələsgərov bundan sonra komandanın uğurları üçün çalışacaq. 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.
Namiq karyerası ərzində ölkəmizdə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə “Bursaspor”u olub.
Ələsgərov “Sabah”da 17 nömrəli formada çıxış edəcək.