Azərbaycan “Böyük Dəbilqə”də bir cüdoçu ilə təmsil olunacaq

15:08 17 İyun 2022

24-26 iyun aralığında Monqolustanın paytaxtı Ulan-Bator şəhərində “Böyük Dəbilqə” turniri keçiriləcək. Sportarena.az xəbər verir ki, Azərbaycanı bu turnirdə bir xanım cüdoçu təmsil edəcək.
 
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Belə ki, -48 kq çəki dərəcəsində yarışan Leyla Əliyeva bu turnirdəki yeganə təmsilçimiz olacaq.
 
Turnirə dünyanın 30 ölkəsindən 272 idmançı qatılacaq.


Digər xəbərlər

Xəbər xətti