Yeni mövsümdə I Divizionda çıxış edəcək "Araz-Naxçıvan"da baş məşqçi Azər Bağırovla müqavilə yenilənib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə yeni - 3 illik sözləşmə imzalanıb. 
Bağırovla yanaşı, klubun futbol akademiyasının direktoru Adil Şükürovla da 3 illik müqaviləyə imza atılıb.  
                       
                                                
                        
 
                
                              
 
                       
                                            
 
