"Qarabağ" əvvəlki mövsümlərdə üç klubumuzu avrokuboklardan kənarlaşdırıb" - Polşa mətbuatı

13:13 18 İyun 2022

Polşa mətbuatında ölkə klublarının avrokuboklardakı şansları dəyərləndirilib.

Sportarena.az xəbər verir ki, polşalı həmkarlarımız Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Lex” – “Qarabağ” oyununa da yer ayırıblar.

“TVP Sport” nəşri “Qarabağ”ın əvvəlki illərdə Polşa klublarına qalib gəlməsindən yazıb: “Püşkatmada “Lex”in bəxti gətirmədi. Çünki səfərin əvvəlində onlar Azərbaycan çempionu ilə qarşılaşacaq. Söhbət Ağdamın “Qarabağ” klubundan gedir. Bu komanda əvvəlki mövsümlərdə 3 klubumuzu “Legiya”, “Visla” və “Pyast”ı avrokuboklardan kənarlaşdırıb”. 


Digər xəbərlər

Xəbər xətti