Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" ilk toplanış üçün Latviyaya yollanıb.
Sportarena.az Kipr klubunun rəsmi saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi artıq Yurmala şəhərindədi. "Aris" toplanışın ilk hissəsini məhz Latviyada keçəcək.
"Neftçi" Kipr klubuna qarşı oyunlarını iyulun 21-i və 28-də keçirəcək.