Azərbaycan idmançısı 23 il sonra Avropa çempionu oldu

11:02 20 İyun 2022

Bu gün Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran milli komandamızın lideri Anna Başta uğurlu çıxışının davamını pley-offda da gətirib.

 

Pley-offda keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Sabina Martisi 15:8 hesabı ilə məğlub edən Anna, 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər təmsilçimiz Palina Kaspiaroviçə 15:14 hesabı ilə qalib gəlib. 1/4 finalda ukraynalı olimpiya çempionu Olqa Xarlanı mübarizədən kənarlaşdıran (15:14) qılıncoynadanımız yarımfinalda polşalı Suzanna Pieslara 15:6 hesabı qalıb gələrək finala yüksəlib. Həlledici görüşdə İtaliya sablyaçısı Rossella Qreqorioya 15:9 hesabı ilə qalib gələn Anna Başta Avropa çempionatının qızıl medalını qazanıb.

 

Digər təmsilçilərimizdən Səbinə Kərimova və Palina Kaspiaroviç Avropa çempionatının 1/8 finalında mübarizəni dayandırıb. Valeriya Bolşakova isə 32-liyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə uduzub.


Digər xəbərlər

Xəbər xətti