Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex" toplanışın ikinci mərhələsinə başlayıb.
Sportarena.az xəbər verir ki, Poznan klubu ölkənin Opalenitsa şəhərində hazırlıq keçəcək.Komandanın 9 günlük hazırlıq prosesinə start verilib. "Lex" 33 futbolçu ilə hazırlaşacaq.
Qapıçılar: Filip Bednarek, Kriştof Bonkovski, Karol Drajjevski, Artur Rudko
Müdafiəçilər: Alan Çervinski, Barri Duqlas, İqor Kornobis, Antonio Miliç, Patrik Oleynik, Joel Pereyra, Maksimilian Pinqot, Pedru Reboşu, Bartoş Salamon, Lubimir Şatka
Yarımmüdafiəçilər: Joau Amaral, Yakub Antçak, Adriel Ba Lua, Maksim Çekala, Patrik Qoqol, Yesper Karlstrem, Antoni Kozubal, Nika Kvekveskiri, Filip Marxvinski, Radoslav Muravski, Dani Ramires, Mixal Skoraş, Yan Sikora, Filip Volski, Kristoffer Velde
Hücumçular: Mikael İshak, Norbert Paçlavski, Artur Sobiex, Filip Şimçak
“Qarabağ”la “Lex” arasında ilk oyun iyulun 5-də Poznanda, cavab görüşü isə 12-də Bakıda keçiriləcək.