Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz" çempionatın hazırlıqlarına start verir.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda Tovuz şəhər stadionunda ot örtüyü yeniləndiyindən komanda təlim-məşq toplanışının ilk iki mərhələsini Bakıda həyata keçirəcək.
Ayxan Abbasovun rəhbərliyi altında bu gündən etibarən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə 5 günlük seleksiya xarakterli ilk mərhələ start götürəcək. Daha sonra, komanda koplektləşmiş heyətlə ayın 27-də yenidən bir araya gələcək.