“Liverpul” misirli hühumçu Məhəmməd Salahla yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.
Klub rəhbərliyi Salahın gələn yay müqaviləsi başa çatdıqdan sonra komandadan azad agent kimi ayrılmasına razıdır.
AS nəşrinin yaydığı məlumata görə isə “Liverpul” “Real”ın futbolçusu Marko Asensionu heyətinə cəlb etmək istəyir. Mersisayd təmsilçisi artıq futbolçunun nümayəndələri ilə danışığa başlayıb. İngiltərə klubu ispan futbolçunu komandadan ayrılcağı gözlənilən Sadio Manenin əvəzləyicisi kimi transfer etmək istəyir.
Asensionun da hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.