"Real" yeni transferini təqdim etdi

Sportarena.az      20 İyun 2022 , 18:15

İspaniyanın "Real" klubu mövsümlərarası fasilədə heyətinə qatdığı Antonio Rüdigeri ictimaiyyətə təqdim edib.


Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi "Çelsi" ilə müqaviləsi başa çatan almaniyalı mərkəz müdafiəçisi üçün imza mərasimi təşkil edib. 29 yaşlı oyunçu "kral klubu"nda 22 nömrəli forma ilə çıxış edəcək.

 

Antonio Rüdiger "Çelsi"yə 2017-ci ilin yayında "Roma"dan transfer olunub. Almaniya millisinin üzvü başa çatan mövsümdə "zadəganlar"ın heyətində meydana çıxdığı 54 matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin