Ukrayna klubları avrokuboklarda ev oyunlarını bu ölkədə keçirəcək

18:29 20 İyun 2022

Ukraynanın futbol klublarının yeni mövsümdə avrokubok oyunlarını keçirəcəkləri ölkə məlum olub. Ukrayna klubları rəqiblərini Polşada qəbul edəcək.
 
Ukraynanın Çempionlar Liqasındakı təmsilçiləri – Donetsk “Şaxtyor”u ev oyunlarını paytaxt Varşavada, Kiyev “Dinamo”su isə Vrotslav şəhərində keçirəcək.
 
UEFA Konfrans Liqasında mübarizə aparacaq “Zarya” və “Vorskla” Lodz şəhərini seçiblər. Avropa Liqasına vəsiqə qazanan “Dnepr-1” komandası isə hələlik seçim etməyib.
 
Ukraynanın milli komandaları və klubları ölkədəki müharibə səbəbindən beynəlxalq arenadakı ev oyunlarını neytral meydanda keçirirlər.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.


Xəbər xətti