Təbrizin “Traktor” klubu rusiyalı baş məşqçiyə tapşırıldı

20:30 20 İyun 2022

İranın "Traktor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu vəzifəyə Kurban Berdıyev təyin olunub. Türkmənistanlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. O, "Traktor"un baş məşqçisi postunda Ertuğrul Sağlamı əvəzləyib.

 

Qeyd edək ki, Kurban Berdıyevin son klubu Qazaxıstan "Kayrat"ı olub. 


Digər xəbərlər

Xəbər xətti