AFFA-nın təşkil etdiyi AFFA U-11 Liqasında 2021/2022-ci illər mövsümünə yekun vurulub.
Sportarena.az xəbər verir ki, liqanın final qarşılaşmasında “Vətən” komandasının 4:3 hesabı ilə məğlub edən “Qarabağ” mövsümün qalibi adını qazanıb.
Üçüncü yer uğrunda oyunda isə “Sabah” və “Qəbələ” komandaları üz-üzə gəlib. Rəqibi üzərində 3:0 hesablı inamlı qələbə qazanan “Sabah” bürünc medallara sahib olub.
Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. “Vətən” komandasının üzvü Sahil Həsənli “fair-play” mükafatına layiq görülüb. Mükafatları AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadə, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Məşqçilər Komitəsinin üzvləri Şahin Diniyevlə, Əsgər Abdullayev və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdib ediblər. Qalib komandalara medallar və diplomlar, çempion “Qarabağ” komandasına isə kubok verilib.