Rayan Giqqz Uels milli komandasının baş məşqçi postundan ayrılıb. Sportarena.az xəbər verir ki, bu barədə Uels Futbol Assosiasiyası (FAW) məlumat yayıb.
49 yaşlı mütəxəssis özü postundan ayrılmaq istədiyini bildirib. FAW Giqqzin qərarının ölkə futbolunun maraqlarına cavab verdiyini açıqlayıb. Qurum hazırda milli komandanın bütün diqqətinin Qətərdə keçiriləcək dünya çempionatına yönəldiyini vurğulayıb. Mundial 21 noyabr – 18 dekabrda təşkil olunacaq.