Kriştiano Ronaldonun 1,7 milyon funt-sterlinq dəyərində olan "Bugatti"si qəzaya uğradı - FOTO

11:40 21 İyun 2022

"Mançester Yunayted"in ulduz futbolçusu Kriştiano Ronaldonun 1,7 milyon funt-sterlinq dəyərində olan "Bugatti Veyron" markalı avtomobili qəzaya uğrayıb.

Sportarena.az xəbər verir ki, hadisə Malyorkada qeydə alınıb. Polisin verdiyi məlumata görə, hücumçunun "Buqatti"si qaz balonlarının saxlandığı anbara çırpılıb və nəticədə avtomobilə xeyli ziyan dəyib. Xarici KİV-lər yazır ki, Ronaldo maşında olmayıb, çünki futbolçu ailəsi ilə birgə istirahətə yollanıb.Qəza zamanı avtomobildə kimin olduğu isə məlum deyil. 



Digər xəbərlər

Xəbər xətti