Çempionlar Liqasında yeni mövsümə start verildi

Sportarena.az      22 İyun 2022 , 13:41
Çempionlar Liqasında 2022/2023 mövsümünə start verilib. Sportarena.az xəbər verir ki, ilkin təsnifat mərhələsinin ilk yarımfinalında San Marinonun “La Fiorita” və Andorranın “İnter” komandaları qarşılaşıb.
 
Oyun Andorra təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “İnter” bu qələbə ilə finala yüksəlib. Digər yarımfinal görüşü Estoniya çempionu “Levadiya” ilə İslandiya “Vikinqur”u arasında baş tutub. İslandiya çempionu rəqibini darmadağın edərək finala yüksəlib.
 
Beləliklə, qalib gələn komandalar iyunun 24-də finalda üz-üzə gələcəklər. İlkin mərhələnin qalibi olacaq komanda ÇL-in 1-ci təsnifat mərhələsində İsveç “Malmö”sü ilə qarşılaşacaq.
 
UEFA Çempionlar Liqası
İlkin mərhələ, yarımfinal
 
La Fiorita (San Marino) - İnter (Andorra) 1:2
 
Levadiya (Estoniya) - Vikinqur (İslandiya) 1:6
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin