“Şamaxı”nın baş məşqçisi yenidən dəyişdirilib. Sportarena.az xəbər veri rki, əyalət klubu hazırda Region Liqası təmsilçisi “Cəbrayıl”a rəhbərlik edən Cavid Hüseynova tapşırılıb.
34 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Hüseynov bu vəzifədə Rüstəm Əliyevi əvəzləyəcək. Onun təyinatı UEFA Region Kubokunda 2022/23 mövsümünün ilkin mərhələ oyunlarından sonra gerçəkləşəcək.
Xatırladaq ki, "Cəbrayıl" ötən mövsüm Cavid Hüseynovun başçılığı altında Region Liqasının qalibi olub. Komanda UEFA Region Kubokunun ilkin mərəhələsinin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə Şamaxıda qarşılaşacaq.