Azərbaycanda UEFA Region Kubokunun oyunları başlayır

17:01 22 İyun 2022

Sabah Azərbaycanda UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunları start götürəcək. 

Sportarena.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edəcək Region Liqasının 2021/2022-ci illər mövsümünün qalibi “Cəbrayıl” komandası ilkin mərhələnin II qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə qarşılaşacaq. İlkin mərhələnin I qrupunda isə Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları mübarizə aparacaq. 

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq. 23-29 iyun tarixlərində keçiriləcək UEFA Region Kubokunun ilkin mərhələ oyunlarının təqvimini nəzərinizə çatdırırıq:


I qrup

 

“Basiani” - “Tallinna Zapoos”
23 iyun. ASK Arena
 
“Tallinna Zapoos” - “Kaskelen”
25 iyun. ASK Arena

“Kaskelen” - “Basiani”
27 iyun. ASK Arena
 
II qrup
 

“Kolos” - “Cəbrayıl”
24 iyun. Şamaxı şəhər stadionu
 

“Cəbrayıl” - “Kolos”
26 iyun. Şamaxı şəhər stadionu
 
FİNAL
 
I qrupun qalibi – II qrupun qalibi
29 iyun. Şamaxı şəhər stadionu
 
Bütün oyunlar saat 16:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti