"Səbail" kapitanı Rahid Əmirquliyevlə müqavilənin müddətini uzadıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Rahid Əmirquliyev 2018-ci ildən "Səbail"də oynayır. Millimizin keçmiş üzvü başa çatan mövsümdə "dənizçilər"in heyətində meydana çıxdığı 24 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.