“Neftçi”nin futbolçusu icarədən qayıtdı

02:20 23 İyun 2022

“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev komandaya qayıdıb.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı futbolçunun “Şamaxı” klubu ilə icarə müqaviləsi başa çatıb. O, “Neftçi”də 17 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, “Neftçi” ilə 2023/2024 mövsümünün sonunadək müqaviləsi olan Rəhman Hacıyev 2014-2020-ci illər ərzində komandanın heyətində 166 oyuna çıxıb, 16 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti