Azərbaycan millisi FİFA reytinqində irəlilədi

12:36 23 İyun 2022

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan milli komandası bu gün açıqlanan yeni siyahıda 1 pillə irəliləyib.
 
Canni De Byazinin baş məşqçi olduğu kollektiv 1127.17 xalla 128-ci sırada qərarlaşıb.
 
Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən  Slovakiya 1439.99 xalla 51-ci, Belarus 1226.55 xalla 96-cı, Qazaxıstan isə 1166.28 xalla 114-cüdür.
 
Reytinq cədvəlinə 183.56 xala malik Braziliya rəhbərlik edir. Belçika (1821.92) ikinci, Argentina (1770.65) üçüncüdür.


Xəbər xətti