Reza Mehmandust kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib. Sportarena.az xəbər verir ki, bu barədə Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bu barədə qərar İdarə Heyətinin növbəti toplantısında qəbul olunub. Toplantıda məşqçi müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.
İranlı mütəxəssis tutduğu vəzifədən öz xahişi ilə ayrılıb. Onun yerinə Məmməd Abdullayev, köməkçi məşqçi Rəşad Məmmədov təyin olunub.
Sənan Həşimov isə qadınlardan ibarət milli komandanın böyük məşqçisi postuna təyinat alıb.