DÇ-2022-də ilk dəfə olaraq 5 əvəzetmədən istifadə ediləcək

10:42 23 İyun 2022

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında bir ilk yaşanacaq.

Sportarena.az xəbər verir ki, tarixdə birinci dəfə hər komanda heyətinə 26 futbolçu (hazırda 23) sifariş edəcək. Bu isə o deməkdir ki, komandanın ehtiyatında 15 futbolçu olacaq.

Bundan başqa, DÇ-2022-də ilk dəfə olaraq 5 əvəzetmədən istifadə ediləcək. Bununla bağlı qaydalar ötən həftə Beynəlxalq Futbol Assosiasiyaları Şurasında (İBAF) təsdiq edilib.

Xatırladaq ki, DÇ-2022 21 noyabr-18 dekabr tarixində Qətərin 8 stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti