"Neftçi" növbəti transferini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Paytaxt təmsilçisi 27 yaşlı yarımmüdafiəçi Ataa Caberi heyətinə qatıb. Onunla iki illik müqavilə imzalanıb.
O, ötən mövsüm "Aşdod"la 30 oyunda 2 qolla yadda qalıb. Futbolçu İsrailin U-21 yığmasında 8 matça çıxıb və 2 qola imza atıb.