Hakan Çalhanoğlu İbrahimoviçi tənqid etdi: "Sadəcə diqqəti sevir"

15:30 23 İyun 2022

"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Milan"dakı sabiq komanda yoldaşı Zlatan İbrahimoviç haqda danışıb.

Türkiyə millisinin də üzvü olan 28 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında bildirib:

“Zlatan sadəcə diqqəti sevir. O, “Milan”ın çempionatda qələbə qazanmasına töhfə verməyib. O, demək olar ki, meydana çıxmırdı, amma eyni zamanda diqqət mərkəzində olmağa çalışırdı”.

Qeyd edək ki, "Milan" 2010/2011 mövsümündən sonra ilk dəfə bu mövsüm İtaliya çempionu olub. A Seriyasında 2020/2021 mövsümündə isə Milan şəhərinin digər komandası "İnter" çempionluq əldə edib.


Xəbər xətti