Millimizin oyunlarının təqvimi açıqlandı

Sportarena.az      23 İyun 2022 , 15:44

Çimərlik futbolu üzrə Azərbaycan milli komandamızın Avroliqa-2022 turnirinin təsnifat mərhələsindəki oyunlarının təqvimi məlum olub.

Sportarena.az xəbər verir ki, A Divizionunda yer alan millimiz iyulun 1-də İtaliyaya qarşı oynayacaq. Matç Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

Bir gün sonra isə Azərbaycan yığması Almaniya ilə qarşılaşacaq. Bu görüş isə 15:30-da başlayacaq. Milli komanda 3-cü oyununda isə İspaniyanı sınağa çəkəcək. İyulun 3-də keçiriləcək qarşılaşma da saat 15:30-dadı.

​Təsnifat mərhələsinin oyunları Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq. Qrupda ilk 2 yerin sahibi yarımfinala adlayacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin