"Qarabağ"ın "Lex"lə oyununun biletlərinin qiyməti məlum oldu

Sportarena.az      23 İyun 2022 , 20:37

"Qarabağ" Çempionlar Liqası I rəsnifat mərhələsində Polşanın "Lex" klubu ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, bu komandalar arasında Poznan stadionunda baş tutacaq ilk oyunun biletlərinin qiyməti məlum olub. 27 iyun tarixində satışa çıxacaq biletlərin qiyməti uşaqlar üçün 30 zlot (11 mant), böyüklər üçün isə 32 zlotla (12 manat) 200 zlot (76 manat) arasındadır.

 

Qeyd edək ki, "Lex" - "Qarabağ" matçı 5 iyul tarixində Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin