"Cəbrayıl" UEFA Region Kubokunda mübarizəni dayandırdı

08:43 27 İyun 2022

UEFA Region Kubokunda mübarizə aparan “Cəbrayıl” ilkin seçmə mərhələnin 2-ci qrupunda növbəti oyununa çıxıb.

Təmsilçimiz Şamaxı şəhər stadionunda keçirilən oyunda Belarusun “Kolos” komandası ilə qarşılaşıb. Oyun rəqibin 6:2 hesablı qəlbəsi ilə başa çatıb. 

Bu komandalar arasında iyunun 24-də keçirilən ilk qarşılaşma 2:1 hesabı ilə Belarus təmsilçisinin xeyrinə başa çatıb. Beləliklə, Azərbaycan təmsilçisi turnirlə vidalaşıb.


Digər xəbərlər

Xəbər xətti