"Kaş ki, "Makkabi"də daha çox qala biləydim" - "Neftçi"nin yeni transferi

Sportarena.az      27 İyun 2022 , 11:44

"Neftçi"nin "Makkabi"dən (Hayfa) transfer etdiyi hücumçu Qodsvey Donyo İsrail təmsilçisi ilə vidalaşıb.

 

Sportarena.az xəbər verir ki, qanalı forvard instaqram səhifəsində paylaşım edərək, azarkeşlərə təşəkkürünü bildirib:

 

"İki gözəl mövsüm üçün "Makkabi Hayfa"ya təşəkkür edirəm. Koronavirus pandemiyasının futbol dünyasına problem yaratdığı çətin bir zamanda İsrailə gəldim. Gözəl azarkeşlərimiz olmadan oynamağı öyrənməli idik. Bütün bunlara və çətin mübarizəyə baxmayaraq, on ildən sonra nəhayət çempionluğu qazandıq. Bu, mənim ilk çempionluq titulum idi. Bu tarixin bir hissəsi olmaqdan çox qürur duyuram və fəxr edirəm. Növbəti mövsümdə bütün titulları qazanaraq daha bir tarix yazmaq istəyirdik, lakin təəssüf ki, bu, baş vermədi. Ümumilikdə üç titul və çempionluq qazandığımız unudulmaz mövsümdən sonra "yaşıl ailə"nin bir hissəsi olmaqdan xoşbəxt və qürurluyam. İsraildə olduğum müddətdə aldığım bütün məhəbbət və dəstəyə görə çox minnətdaram, həqiqətən özümü evdəki kimi hiss edirdim. Kaş ki, daha çox qala biləydim, amma şəraitə görə alınmadı. Klub və azarkeşlərin mənim qəlbimdə həmişə xüsusi yeri olacaq. Gələcəkdə sizə ən yaxşısını arzulayıram. Bir dəfə yaşıl, həmişə yaşıl..."

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin