Milli komandamızın baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.
Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycandakı həyatı haqda danışıb. O, Bakıda tək yaşadığını deyib:
"Azərbaycanda tək yaşayıram. Həyat yoldaşım Koneqliano İtaliyada qalıb, qızım isə Padua Universitetində oxuyur. Yemək bişirməyi bilirəm. Burada italyan restoranları var. Dekabrda koronavirusa yoluxdum, 7 kiloqram arıqladım. Amma sağaldım. Hələ ölməmişəm, yenidən uğurlu ola bilərəm. Ya milli komandada, ya da klubda. Bu, elə də vacib deyil".