Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" (Tel-Əviv) yeni mövsümün hazırlığına başlayıb.
Sportarena.az xəbər verir ki, İsrail klubu dünən baş məşqçi Vladimir İviçin rəhbərliyi altında toplanışa start verib. Komanda məşqlərini "Kiryat Şalom Kompleksi"ndə həyata keçirir.
Qeyd edək ki, "Zirə" "Makkabi" ilə ilk oyunu iyulun 21-də Bakıda keçiriləcək, cavab matçı isə iyulun 28-də Təl-Əvivdəki baş tutacaq.