“Qarabağ”ın futbolçusu üçün 400 min avroluq təklif

Sportarena.az      28 İyun 2022 , 13:05
“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges İsrail klubundan təklif alıb. Sportarena.az xəbər verir ki, “sambaçı” Beer-Şeva “Hapoel”inin maraq dairəsindədir.
 
“Hapoel” hücum xəttini gücləndirmək üçün bir neçə futbolçu ilə danışıq aparır ki, klubun transfer siyahısında yer alan futbolçulardan biri də Borgesdir. “Hapoel” rəhbərliyinin 26 yaşlı hücumameylli futbolçu üçün “Qarabağ”la danışıq apardığı da deyilir. İsrail mətbuatının yazdığına görə, “Hapoel” Kadi üçün 400 min avroluq təklif göndərib.
 
Kadi Borges ötən mövsüm 12 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub. Onun “Qarabağ”la müqavilə müddəti 2023-cü ilin yayında bitir.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin