Mahirli Emreli qol vurdu, "Dinamo" qələbə qazandı

01:00 29 İyun 2022

Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) bu gün növbəti yoxlama görüşünə çıxıb. 

Sportarena.az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan Xorvatiya çempionu "Nafta" ilə oynayıb. Matç Bakı vaxtı ilə saat 22:00-da start götürüb və qarşılaşma "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli 46-cı dəqiqədə meydana daxil olub və sonadək mübarizə aparıb. O, komandanın sonuncu qoluna da imza atıb. 

Mahirin komandası Sloveniyadakı ilk yoxlama görüşünü Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmış və 3:0 qalib gəlmişdi. "Dinamo"nun qollarını Yosip Drmiç, Komnen Andriç və Bruno Petkoviç vurmuşdu. Matça start heyətində çıxmış Emreli ikinci yarıda əvəzlənmişdi.  


Digər xəbərlər

Xəbər xətti