İspaniyanın 4 klubu “Qarabağ”ın legionerini istəyir

Sportarena.az      28 İyun 2022 , 15:33
“Qarabağ”ın ispaniyalı futbolçusu Qaspar Panadero vətəninə qayıda bilər. 25 yaşlı yarımmüdafiəçi Sequnda klublarının diqqət mərkəzindədir.
 
İspaniya mətbuatının yazdığına görə, “Kartaxena”, “Albasete”, “Burqos” və “Luqo” kimi klublar “Qarabağ”ın legioneri ilə maraqlanır. Ağdam klubunun Panaderonu yenidən icarəyə verəcəyi gözlənilir.
 
Panadero “Qarabağ”a 2021-ci ilin avqustunda İspaniyanın “Kadis” klubundan transfer olunub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında Kiprin AEK (Larnaka) komandasında keçirib. Onun “Qarabağ”la 2024-cü ilin yayınadək müqaviləsi var.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin