"Səbail"in yeni transferi: "Özümü əla hiss edirəm"

16:25 28 İyun 2022

"Səbail"in yeni transferi Qustavo França klubun mətbuat xidmətinə açıqlama verib.

Sportarena.az xəbər verir ki, braziliyalı müdafiəçi paytaxt klubuna keçidini şərh edib:

"Özümü əla hiss edirəm. Komandadakı hər kəs məni çox səmimi qarşıladı və bu, mənim üçün xoş sürpriz oldu. Ötən gün isə burada ilk məşqimə çıxdım. Komandada abu-hava çox yüksək idi. "Səbail"də olduğum üçün xoşbəxtəm".

França qarşıdakı 1 ili "Səbail"də keçirəcək.  


Digər xəbərlər

Xəbər xətti