"Sumqayıt" ilk transferini həyata keçirib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar" ötən mövsüm Türkiyənin "Keçiörengücü" klubunda oynamış Vüsal İsgəndərli ilə anlaşıb.
27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.