"Qarabağ" Almaniya və Rumıniya klubları ilə heç heçə etdi

22:39 29 İyun 2022

Çempionlar Liqasına Avstriyada hazırlaşan "Qarabağ" iki yoxlama matçı keçirib.

Qurban Qurbanovun komandası günün ikinci oyununda Rumıniyanın yüksək liqa təmsilçisi “Universitatya Krayova” ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Ağdam klubu günün ilk oyununda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Holştayn Kiel"lə üz-üzə gəlib. Oyunun ilk hissəsində Ağdam təmsilçisi Ramil Şeydayevin qolları ilə hesabda öndə olub. Fasilədən sonra rəqib iki qol vuraraq hesabı bərabərləşdirib. Matç 2:2 hesabı ilə yekunlaşıb.  

Qeyd edək ki, Ağdam klubu ilk yoxlama oyununda "Botoşani"ni (Rumıniya) 4 cavabsız qolla məğlub edib.


Digər xəbərlər

Xəbər xətti